SMDT ATƏT-in seçki tövsiyələrinin icra vəziyyətinə dair video yayımlayıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi yeni videonu təqdim edir.

Bir neçə ictimai-siyasi xadimin fikirləri yer alan videoda tövsiyələrin icrası ilə bağlı vəziyyət qabardılır.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 9 oktyabr 2013-cü il prezident seçkisi ilə bağlı hesabatında seçki qanunu və seçki təcrübəsinin təkmilləşdirilməsi ilə bağlı 20 tövsiyə irəli sürüb. Ancaq Azərbaycan hakimiyyəti 2018-ci il prezident seçkisi ərəfəsində azad və demokratik seçki mühitinin yaradılması ilə bağlı tövsiyələrə əməl etmək istəmir.