Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycanda hərəkət etmək azadlığı və siyasi motivli səyahət qadağaları ilə bağlı dəyərləndirmə sənədi yaydı.

Bu sənəd  30 nəfər şəxslə aparılan müsahibə əsasında hazırlanıb.Qadağaya məruz qalan şəxslərdən 18 nəfəri jurnalist, 5 nəfər siyasi fəal, 4 nəfər hüquqşünas və hüquq müdafiəçisi, 2 nəfər yazar, bir nəfər isə vətəndaş cəmiyyəti təşkilatı rəhbəridir.

Bu sənədin məqsədi diskriminativ şəkildə tətbiq edilən səyahət qadağalarının yaratdığı hüquqi problemlər və nəticələri barədə ictimaiyyəti, dövlət orqanları və Azərbaycan Respublikasının üzvü olduğu beynəlxalq təşkilatları məlumatlandırmaq, mövcud pozuntuların ortadan qaldırılması üçün tövsiyələr təqdim etməkdir.

Hesabatı buradan endirə bilərsiniz.