SMDT Birinci Aralıq Hesabatı açıqlayıb

186

18 oktyabrda, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi üzrə uzunmüddətli müşahidəçiliyin nəticələrinə dair Birinci Aralıq Hesabatı açıqlayıb.

7 noyabr 2010-cu il parlament seçkilərinin ilkin mərhələsi – namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi üzrə SMDT-nin müşahidələri göstərir ki, bu mərhələdə baş vermiş qanun pozuntuları bu prosesin qanuniliyini şübhə altına alır, bununla da parlament seçkilərinin hazırkı mərhələsi azad, ədalətli və demokratik hesab edilə bilməz.

SMDT təəssüflə qeyd edir ki, bir çox hallarda imzaların yoxlanılması zamanı yaradılmış ekspert qruplarının fəaliyyəti qeyri-peşəkar olub, proseslərin şəffaflığı təmin olunmayıb, DSK və MnSK-lar davamlı olaraq fəaliyyət göstərməyib. Bundan əlavə namizədlər üçün imzatoplayan şəxslər və imza verən seçicilərə kütləvi təzyiq halları qeydə alınıb.

Aralıq Hesabatı namizədlərin irəli sürülməsi, imzatoplama kampaniyası, seçki komissiyalarının fəaliyyəti və namizədlərin qeydiyyatı prosesini, həmçinin seçkiqabağı siyasi-hüquqi mühiti əhatə edib. Qeyd edək ki, SMDT 76 uzunmüddətli müşahidəçi vasitəsilə 125 dairədə seçki prosesinin müşahidəsini aparır.

Hesabatla tanış olmaq üçün