SMDT BMT xüsusi məruzəçisi ilə onlayn konsultasiyada iştirak edib

230
SMDT BMT xüsusi məruzəçisi ilə onlayn konsultasiyada iştirak edib
Aprelin 29-da BMT-in sərbəst toplaşmaq və birləşmək hüququ üzrə xüsusi məruzəçisi Klement Nialetsossi Vule ilə İnsan Haqları Evləri şəbəkəsinin üzvləri arasında onlayn konsultasiya baş tutub.
Konsultasiya zamanı əsas müzakirə mövzuları Covid-19 pandemiyası zamanı sərbəst toplaşmaq və birləşmək azadlığına gətirilən məhdudiyyətlər, bu yöndə vətəndaş cəmiyyəti təşkilatlarının narahatlıqları və müvafiq məsələdə hökumətlər üçün konkret məsləhətlərin hazırlanması olub. Görüş zamanı xüsusi məruzəçinin növbəti addımları da müzakirə edilib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi də Azərbaycan İnsan Haqları Evinin üzvü qismində müzakirələrdə iştirak edib.
Xatırladaq ki, xüsusi məruzəçi Klement Vule, bundan əvvəl, aprel ayının 14-də də pandemiya ilə mübarizə tədbirləri çərçivəsində sərbəst toplaşmaq və birləşmək azadlığına gətirilən məhdudiyyətlərə diqqət yetirmiş və hökumətləri bu hüquqa qarşı zəruri olmayan məhdudiyyətlərin tətbiqindən yayınmağa çağırmışdı.