SMDT istirahət hüququ ilə bağlı sorğu keçirib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi sosial şəbəkələrdə vətəndaşların istirahət hüququ ilə bağlı sorğu keçirib.  Azərbaycanda istirahət hüqunun pozulmasına reaksiya olaraq keçirilən sorğu Twitter və Facebook üzərindən aparılıb. SMDT-nin Facebook hesabında aparılan sorğuda 128 istifadəçi iştirak edib. Onlardan 84%-i istirahət hüququnda istifadə edərək tətilə çıxa  bilmədiyini, 16 %-i isə çıxa bildiyini qeyd edib.

Twitter üzərindən aparılan sorğuda da nəticələr fərqli olmayıb. Səsvermə prosesində iştirak edən 49 istifadəçinin 53%-i tətilə çıxa bilmədiyini qeyd edib. Digər səsvermə iştiakçılarından 24%-i 3-5 gün, 14%-i 15-20 gün, 8%-i isə 7-10 gün müddətində istirahətə çıxa bildiklərini qeyd edib.

Qeyd edək ki, 19-20 oktyabr tarixlərində keçirilən etiraz aksiyalarından sonra sərbəst toplaşmaq azadlığının istirahət hüququnu pozduğu haqda fikirlər səsləndirilmişdi.