SMDT müstəqil müşahidəçilərə hüquqi yardımlar göstərir

449

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda demokratik idarəçiliyin formalaşması və vətəndaş cəmiyyətinin inkişafı yönündə çalışan tərəfsiz seçki müşahidə təşkilatıdır.
SMDT vətəndaşları  9 fevral 2020-ci ildə Milli Məclisə növbədənkənar seçkilərdə müstəqil müşahidəçi olmağa dəvət edir.

SMDT 2001-ci ildən Azərbaycanda keçirilən 16 seçkinin monitorinqini həyata keçirib. Seçkilərin monitorinqi ilə bağlı təxminən 14000 nəfərdən artıq vətəndaşa 600-dən çox təlim keçib və onların seçki komissiyalarında akkreditə olunmalarına hüquqi-texniki yardım göstərib.

SMDT ATƏT-ə üzv olan ölkələrin vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsi (ENEMO və Demokratik Seçkilər üzrə Avropa Platformasının (EPDE) və Yerli Seçki Müşahidəçilərinin Qlobal Şəbəkəsinin üzvüdür.
SMDT seçkilərin müşahidəsini ATƏT-in tövsiyyələri və Yerli Seçki Müşahidə Təşkilatlarının Qlobal Bəyannaməsi əsasında həyata keçirir.
SMDT yerli müşahidəçilik üzrə davranış qaydalarını qəbul edən hər bir ölkə vətəndaşı ilə öz təcrübəsini bölüşməyə hazırdır.
Davranış qaydaları sənədi ilə buradan tanış ola bilərsiz:

https://bit.ly/2Qrt7he

Müstəqil müşahidəçi olmaq və seçki təcrübəsi qazanmaq istəyən şəxslər bu formu doldura bilər – https://cutt.ly/GriwVWi