SMDT-nin 9 Fevral 2020 Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı Yekun Hesabatı

53

SMDT 9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərini uzunmüddətli qaydada seçkinin bütün mərhələləri – namizədlərin irəli sürülməsi, seçkiqabağı təşviqat, seçki günü səsvermə və səslərin sayılması, o cümlədən seçki sonrası şikayətlərin araşdırılması prosesləri üzrə həyata keçirib.

SMDT-nin uzunmüddətli müşahidələri göstərir ki, 9 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri dövründə vətəndaşların sərbəst toplaşmaq və birləşmək hüquqları, o cümlədən söz və mətbuat azadlığına təminat yönündə müsbət dəyişikliklər qeydə alınmayıb.

Mərkəzi Seçki Komissiyası (MSK) seçki prosesinə kənar müdaxilələrin qarşısının alınması,
iqtidaryönlü namizədlərin xeyrinə qanunsuz təbliğatın dayandırılması, seçici siyahılarının
dəqiqləşdirilməsi və müşahidəçilərin qeydiyyatı qaydalarının təkmilləşməsi yönündə səylər
göstərməyib.

SMDT 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərinin monitorinqi üzrə nəticələri ümumiləşdirərək, seçkinin azad, ədalətli və demokratik qaydada baş tutmadığını, seçkidə alternativ və gerçək rəqabətin olmadığını, bununla da Azərbaycan xalqının həqiqi iradəsini ifadə etmədiyini bilidirir.

Sənədlə ətraflı buradan tanış ola bilərsiz