SMDT-nin bələdiyyə üzvülüyünə namizədlərlə bağlı araşdırdığı infoqrafik nəticələr

Bələdiyyə seçkilərində 14849 namizəd partiyalar tərəfindən irəli sürülüb. SMDT partiyalar tərəfindən irəli sürülən namizədlərin say nisbətini müəyyənləşdirib. Araşdırmanın nəticəsinə görə hakim partiya (YAP) 93.7% ilə digər partiyalardan namizəd sayına görə üstünlük təşkil edir.

 

 

 

 

 

 

 

 

 

 

 

Bələdiyyə seçkilərində irəli sürülən namizədlərin say nisbəti. Araşdırmanın nəticələrinə görə ümumilikdə 42804 namizədin 27951 nəfəri özünün təşəbbüsü ilə, 14849 nəfər partiya tərəfindən, 4 nəfər isə seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

SMDT bələdiyyə seçkilərində rəqabətlilik mühiti ilə bağlı araşdırması. Araşdırmanın nəticələrinə görə namizədlərin hər 20 nəfərindən 8-i hakim partiyanın,1 nəfərsə yerdə qalan partiyaların üzvü və ya namizədidir. 11 nəfər bitərəfdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

SMDT bildirir ki, bir çox dairələrdə inzibati orqanların, xüsusilə icra hakimiyyəti orqanlarının DSK-ların fəaliyyətinə müdaxilə halları olub. DSK-lar namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsini icra strukturları ilə koordinasiyalı şəkildə idarə ediblər.