Vəfa Nağıya qarşı təzyiqlər siyasi motivlidir

414

SMDT hüquq-mühafizə orqanlarını seçilmiş bələdiyyə üzvünə qarşı təzyiqləri araşdırmağa çağırıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 23 dekabr 2019-cü il bələdiyyə seçkilərində Neftçala rayon Xolqaraqaşlı kənd bələdiyyəsinə üzv seçilmiş Vəfa Nağıya qarşı son iki ay ərzində müşahidə olunan təzyiqlərdən narahat olduğunu bildirir, bunu seçilmiş bələdiyyə üzvünün müstəqil fəaliyyətinə qarşı siyasi təzyiq hesab edir.

SMDT qeyd edir ki, Vəfa Nağı Neftçala rayon Xolqaraqaşlı kənd bələdiyyəsinə üzv seçildikdən sonra bu qurumun hesabatlı və şəffaf qaydada çalışması üçün qanun çərçivəsində səylər göstərmiş, bələdiyyə sədrinin qanunauyğun şəkildə iclasları keçirməsini təklif etmiş, habelə bələdiyyə sədri Əlibala Səlimovdan bələdiyyənin maliyyəsinin əsaslarını öyrənməyə çalışmışdır. Bununla bağlı son dəfə iyunun 8-də Vəfa Nağı rəsmi qaydada müraciət edərək, bələdiyyənin büdcəsi və mülkiyyətinə dair məlumatların açıqlanmasını tələb edib. Ancaq bələdiyyə sədri Əlibala Səlimov bu müraciətləri cavablandırmaq əvəzinə Vəfa Nağıya qarşı gözdənsalma kampaniaysına başlayıb, ona və yaxınlarına təzyiq edib.

Bəyanatla daha ətraflı buradan tanış ola bilərsiniz.