SMDT-nin prezident seçkiləri ilə bağlı yekun hesabatı

415

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda 11 aprel 2018-ci il prezident seçkisinin bütün mərhələləri – namizədlərin irəli sürülməsi, seçkiqabağı təşvqiat, seçki günü səsvermə və səslərin sayılması prosesləri üzrə müşahidə edib.

SMDT uzunmüddətli müşahidəni 22 nəfər, seçki günü müşahidəni isə 166 nəfər könüllü müşahidəçi ilə əməkdaşlıq şəraitində həyata keçirib. Prezident seçkisi günü müşahidəçilər 110 seçki dairəsi üzrə milli təmsilçilik əsasında təsadüfi yolla seçilmiş 125 seçki məntəqəsində statistikaya əsaslanmış müşahidə metodu üzrə çalışıblar.

SMDT 11 aprel 2018-ci ildə keçirilmiş növbədənkənar prezident seçkisinin monitorinqi üzrə nəticələri ümumiləşdirərək, seçkinin azad, ədalətli və demokratik qaydada baş tutmadığını bildirir. Növbədənkənar seçkinin bütün mərhələlərində çatışmazlıqlar qeydə alındığına əsaslanaraq, SMDT seçkinin alternativ və gerçək rəqabətin olmadığı şəraitdə, Azərbaycan xalqının həqiqi iradəsini ifadə etmədən baş tutduğunu qeyd edir

Daha ətraflı buradan baxa bilərsiniz.