Rusiyanın tanınmış seçki üzrə mütəxəssisi və Rusiyanın ən geniş seçki müşahidə şəbəkəsi olan GOLOS-un idarə heyətinin üzvü Roman Udot 20 May 2019-cu il tarixində Moskva şəhərində həbs edilib. Udot dövlət nəzarətində olan NTV televiziya kanalının 2018-ci il Rusiyada keçirilən mübahisəli prezident seçkilərindən əvvəl ona və digər bir neçə Golos mütəxəssislərinə qarşı yönəlmiş provokasiya ilə əlaqəli cinayətdə ittiham olunur. Vəkilin sözlərinə görə, Udot hazırda heç bir hüquqi əsas olmadan həbs olunub. Roman Udot Rusiyanın dövlət televiziyası NTV telekanalının “jurnalistləri” tərəfindən sistemli şəkildə həyata keçirilən hücum və təqibin qurbanıdır. 2018-ci ilin mart ayında Rusiyada keçirilən prezident seçkilərindən əvvəl NTV Golos və onun seçki ekspertlərini gözdən salmaq məqsədi ilə “istintaq hesabatı”ı dərc edib. Bu hesabat Golos üzvlərini və onların ailələrini hədəf alan planlı qaralama kampaniyasının bir hissəsi idi.

SMDT Rusiyanın hakimiyyət orqanlarını Roman Udotu dərhal azad etməyə və ona qarşı cinayət təqibini dayandırmağa çağırır. SMDT rus hakimiyyətini müstəqil yerli seçki müşahidəçilərinə qarşı təzyiqi dayandırmağa, həmçinin Rusiyalı müxalifətçi və seçki mütəxəssislərinin beynəlxalq tərəfdaşlarla sərbəst şəkildə əməkdaşlıq etməsinə mane olmamağa çağırır.