SMDT seçki tövsiyyələri üzrə dəyərləndirmə hesabatını açıqladı

Beynəlxalq təşkilatların seçki prosesi üzrə tövsiyyələrinin icra vəziyyəti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun yeni qaydaları əsasında dəyərləndirilib

 

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda seçki qanunvericliyi və təcrübəsinin təkmilləşdirilməsi, əlverişli seçki mühitinin yaradılması ilə bağlı Avropa Şurası və ATƏT  standartları əsasında islahatların aparılmasını zəruri sayaraq, bu qurumların irəli sürdüyü  seçki tövsiyyələrinin icrası ilə bağlı vəziyyəti dəyərləndirib.

 

SMDT-nin hazırladığı Dəyərləndirmə Hesabatında Azərbaycanda 9 oktyabr 2013-cü ildə keçirlmiş prezident seçkisi və ondan öncəki seçkilərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyyələri, Avropa Şurası Venesiya Komissiyasının rəyləri və Avropa İnsan Hüquqları Məhkəməsinin seçki şikayətləri üzrə qərarlarına istinad edilib. Hesabatda 2002-ci ildən başlayaraq, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda seçki prosesinin inkişafı ilə bağlı irəli sürülən tövsiyyələrin başlıca istiqamətləri sadalanıb və bu istiqamətlərdə müşahidə olunan geriləmə dəyərləndirilib.

Hesabatı bu veb mənbədən əldə etmək olar.SMDT-DH-100917