SMDT Tofiq Yaqublunun həbsini pisləyən bəyanat yayıb

265

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barədə 3 sentyabr 2020-ci ildə Nizami Rayon Məhkəməsinin verdiyi 4 il 3 aylıq həbs cəzasını qanunsuz hesab edir, bu hökmü ədalətsiz və siyasi qərəzli münasibətin nəticəsi sayır.

Bununla yanaşı məhkəmə prosesində məlum olub ki, Yaqublunun hadisə  zamanı telefonu ilə qeydə aldığı video görüntülər polislər tərəfindən silinib. Məhkəmə prosesi həmçinin şahidlərin ziddiyətli ifadələri və ittiham olunan tərəfin vəsatətlərinin təmin olunmaması ilə yadda qalıb. SMDT təəsüflə qeyd edir ki, məhkəmə onun yaşının çoxluğunu, Qarabağ müharibəsi veteranı olmasını, habelə xroniki allergik-astma bronxit xəstəliyindən əziyyət çəkdiyini nəzərə almayıb.

Bəyanatla daha ətraflı buradan tanış ola bilərsiniz.