Uzunmüddətli müşahidəçilər üçün təlimlər davam edir

142

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) uzunmüddətli müşahidəçilər üçün təlimləri davam edir.

SMDT-nin təlimçiləri 18 Sentyabrda Sabirabad və Sumqayıtda, 20 Sentyabrda Bakıda uzunmüddətli müşahidəçilər üçün təlim keçib. Ümumilikdə 17 nəfərin iştirak etdiyi təlimlərdə uzunmüddətli müşahidəçiliyin aparılması, strukturu, hüquqi bazası və seçki komissiyalarının fəaliyyəti barədə məlumat verilib.

7 Sentyabr – seçki kampaniyasına rəsmən start verildiyi tarixdən etibarən SMDT Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Beyləqan, Göyçay, Xaçmaz, Sabirabad, Sumqayıt və Şəki rayonlarında 76 uzunmüddətli müşahidəçi üçün təlimlər təşkil edib.

Ümumilikdə, təşkilat seçki prosesini müşahidə etmək üçün Azərbaycanın 11 regionunda 125 seçki dairəsini əhatə etməklə 80 nəfər uzunmüddətli müşahidəçi ilə əməkdaşlıq edəcək.

SMDT vətəndaşlara seçki komissiyalarında müşahidəçi kimi qeydiyyatdan keçmələri üçün hüquqi yardım edir. Təşkilatın hüquqi texniki dəstəyi ilə 41 müşahidəçi MSK-da qeydiyyatdan keçib və 150-dən çox müşahidəçinin sənədləri MSK-ya təqdim olunub.

7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkiləri ilə bağlı SMDT-nin başlıca hədəfi vətəndaşların seçki prosesinə cəlb olunması yolu ilə seçkilərin milli qanunvericilik və beynəlxalq standartlara uyğun və seçicilərin iradəsini əks etdirən qaydada təşkilinə yardım etməkdir.