Cənab İlham Əliyev!
COVİD-19 pandemiyası dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da insanların sosial-iqtisadi həyatına və ictimai-siyasi fəaliyyətinə ciddi mənfi təsirlər yaradıb. Hazırda ölkənin biznes-iqtisadi və ictimai həyatında durğunluq yaranıb, iş yerləri bağlanıb və vətəndaşların sərbəst hərəkət imkanları məhdudlaşıb. Koronovirusa yoluxma hallarının rəsmi statistikası göstərir ki, ölkəmiz pandemiyanın yayılmasına görə son 3 ay ərzində ən ağır dönəmini yaşayır.
Ümid edirik ki, sadalanan tədbirlər, eləcə də yeni Baş Prokurorun həbs qətimkan tədbiri ilə bağlı vəsatət/təqdimatların sayının minimuma endirilməsinə dair göstərişləri COVİD-19 pandemiyası dönəmində vətəndaş-dövlət münasibətlərində qarşılıqlı etimadın yaranması, pandemiyanın daha ağır fəsadlarından yayınmaq və ölkədə humanizm dəyərlərinin müdafiəsi baxımından önəmli hüquqi-siyasi hadisə olacaq.
Daha ətraflı buradan tanış ola bilərsiz