Yaponiyada hakim partiyalar qubernator seçkilərində qalib gəlib

78

Yaponiyada yerli seçkilərdə hakim koalisiyanın dəstəklədiyi Hokkaydo prefekturasının qubernatoru vəzifəsinə namizəd vahid müxalifət qüvvələrindən rəqibinə qalib gəlib.

AZƏRTAC xəbər verir ki, bir gün əvvəl təşkil edilən birləşmiş seçkilərin birinci hissəsində seçicilər 11 prefekturanın qubernatorunu seçiblər.

Hokkaydo prefekturasında Yubari şəhərinin sabiq meri, Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi Liberal Demokratik Partiyanın və onun koalisiya tərəfdaşı Komey Partiyasının dəstəklədiyi Naomiçi Suzuki qubernator vəzifəsi uğrunda mübarizədə qalib gəlib.

Hokkaydo prefekturasının qubernatorunun seçkiləri hakim və müxalif düşərgənin birbaşa qarşı-qarşıya durduğu yeganə seçkilər idi. Burada seçkilər parlamentin yuxarı palatasına cari yayda keçiriləcək seçkilərin müqəddiməsi hesab edildiyinə görə, mübarizə çox gərgin keçib.

 

AZƏRTAC