“Yerli və beynəlxalq seçki müşahidəçiliyinin əhəmiyyəti” mövzusunda mühazirə keçirilib

162

Martın 22-də  “Yerli və beynəlxalq seçki müşahidəçiliyinin əhəmiyyəti” mövzusunda mühazirə keçirilib. Mühazirəçi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli olub.
Tədbirdə əsasən vətəndaş cəmiyyəti fəallar və bəzi jurnalistlər iştirak ediblər. Tədbirdə müşahidəçilik prosesinin əhəmiyyətindən, yerli və beynəlxalq müşahidənin fərqlərindən, müşahidəçilik sisteminin prinsiplərindən, Azərbaycanı bu seçkilərdə nə gözlədiyi müzakirə olunub.

Anar Məmmədli potensial seçki prosesində müşahidə olunan açıq trendlər üzrə bir neçə nümunə gətirib. Mühazirə müşahidəçilərin foto və video çəkilişləri, onların daha çox nəyə diqqət etmələri və ümumilikdə seçki prosesinə ictimai nəzarəti artırmağı yolları haqqında müzakirə ilə davam edib. Bundan başqa Anar Məmmədli Azərbaycanın seçki praktikasını qonşu ölkələrin seçki praktikası ilə müqayisə edib və müxtəlif ölkələrin xarakteristikalarını vurğulayıb, Azərbaycanda seçici ələ alınması yolları, komissiya formalaşdırılması və s. mövzular müzakirə olunub. Azərbaycanın özünəməxsus seçki praktikaları da mühazirənin müzakirə mövzusu olub.