Son günlər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən bir neçə jurnalist və siyasi fəala tətbiq edilən ölkədən çıxış qadağası götürülüb. 14 apreldə Real Partiyasının sədri İlqar Məmmədovun, 1 mayda isə jurnalist Aynur Elgünəşin ölkədən çıxışına qoyulan qadağa qaldırılıb. 3 mayda 10-a yaxın jurnalist onlara tətbiq edilən ölkədən çıxış qadağasının qaldırılması üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin qarşısında aksiya keçirərək 2015-ci ildən onlara tətbiq edilən ölkədən çıxış qadağasının qaldırılmasını tələb ediblər. 6 mayda aksiyada iştirak edən 4 jurnalistin – İzolda Ağayevanın, Səlimə Cəlilovanın, Natiq Cavadlının və Rasim Qaracanın ölkədən çıxış qadağası götürülüb.
SMDT-nin 19 fevral 2019-cu ildə yaydığı Azərbaycanda hərəkət etmək azadlığı və siyasi motivli səyahət qadağaları ilə bağlı dəyərləndirmə sənədində ölkədən çıxışına qadağa qoyulan fəalların sayı 30 olub. Həmin tarixdən sonra toplam 6 nəfərin ölkədən çıxış qadağası götürülüb, yeni 2 nəfərə isə qadağa tətbiq edildiyi müəyyən edilib. Hal-hazırda səyahət qadağasına məruz qalan şəxslərin sayı 26-dır.
Sıra | Adı, Soyadı | Peşəsi/Vəzifəsi |
1. | Şahvələd Namazov | Müstəqil jurnalist |
2. | Xədicə İsmayılova | Müstəqil jurnalist |
3. | Babək Bəkir | Müstəqil jurnalist |
4. | Sevinc Abbasova | Müstəqil jurnalist |
5. | Aytən Ələkbərova | Müstəqil jurnalist |
6. | Aynurə Heydərova | Müstəqil jurnalist |
7. | Aytac Əhmədova | Müstəqil jurnalist |
8. | Elnur Muxtar | Müstəqil jurnalist |
9. | Şirin Abbasov | Müstəqil jurnalist |
10. | Tural Əsədov | “Report.az” xəbər portalının redaktoru |
11. | Əziz Orucov | “Kanal 13” internet televiziyasının əməkdaşı |
12. | Mustafa Hacıbəyli | “Basta.info” xəbər portalının redaktoru |
13. | Anar Məmmədov | “Criminal.az” xəbər portalının redaktoru |
14. | İntiqam Əliyev | Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri |
15. | Əsabəli Mustafayev | Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri |
16. | Ənnağı Hacıbəyli | Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri |
17. | Emin Aslan | İnsan hüquqları üzrə vəkil |
18. | Əli Kərimli | Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri |
19. | Ayaz Məhərrəmli | Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü |
20. | Elşən Təhməzov | Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü |
21. | Azər Qasımlı | Respublikaçı Alternativ Partiyasının İdarə heyəti üzvü |
22. | Əkrəm Əylisli | Yazar |
23. | Leyla Əliyeva | Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri |
24. | Fatima Mövlamlı | Obyektiv TV əməkdaşı |
25. | Vüqar Əli | Təhsil meneceri (mühacirətdə olan reper Camal Əlinin qardaşı) |
26. | Əbülfəz Sadıqov | Müsavat Partiyasının GənclərTəşkilatının sədri |