SMDT Azərbaycanda COVİD-19 pandemiyası ilə mübarizədə sosial-iqtisadi tədbirlərin səmərəliliyi və karantin dövründə tibbi idarəçiliyin vəziyyətinə dair İcmal Sənədi

132

Bu sənəd Azərbaycanda koronavirus (Covid-19) pandemiyasına qarşı dövlətin həyata keçirdiyi tədbirlərin və tətbiq olunan karantin qaydaların, o cümlədən sosial-iqtisadi yardım tədbirlərin səmərəliliyi və tibbi böhranın idarəçiliyi ilə bağlı vəziyyətin təhlilini nəzərdə tutur. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) bu sənədi hazırlayarkən, müxtəlif dövlət qurumlarının məlumatları və sənədlərinə, qüvvədə olan qanunlara, müxtəlif qurumların hesabatları və mediada yayılan məlumatlara, habelə öz müşahidələrinə istinad edib.

Fevralın 27-də Azərbaycanda Covid-19 infeksiyasına yoluxma halı təsdiqləndikdən sonra pandemiya əleyhinə mübarizə məqsədilə Nazirlər Kabinetinin bəzi tədbirlər həyata keçirməyə başlayıb. Aprelin 4-də Nazirlər Kabineti əhalinin pandemiya ilə bağlı məhdudiyyətlər nəticəsində ağırlaşan sosial- iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə tədbirlər planı təsdiq edib. Tədbirlər ümumilikdə pandemiya səbəbindən zərər çəkmiş iqtisadi sahələrə və bu sahədə çalışan işçi və sahibkarlara birbaşa yardımlar, iqtisadi güzəşt və stimullarla dəstək xarakterli olub. Bu tədbirlər çərçivəsində işsiz vətəndaşlara 190 manat, pandemiyaya görə zərərçəkmiş sahibkarlara isə ötən ilin vergi miqdarı və ya ən az 250 manat olmaqla birbaşa yardımlar edilib.

SMDT hesab edir ki, ölkə üzrə 1,6-1,8 milyon şağird və tələbənin distant (onlayn) formada təhsil alması üçün maddi-texniki imkanlar məhduddur. Buraya internetə giriş qurğularının sayı, geniş zolaqlı internet xidmətlərindən və mobil internetin qiymətləri ilə bağlı çatışmazlıqlar daxildir. Təəsüf ki, onlayn tədris prosesinin həyata keçirildiyi “Microsoft Teams” platforması üzrə yay aylarında cəmi 30 min istifadəçiyə istifadə qaydaları ilə bağlı təlimlər keçilib və müəllimlərin 20 faizini təşkil edir.

Sənədlə daha ətraflı buradan tanış ola bilərsiz.