SMDT yükdaşıma şirkəti sürücülərinin etiraz aksiyası sonrası təqiblərə məruz qalması ilə bağlı açıqlama yayıb

“R Group Azerbaijan” şirkətinin əməkdaşı olan sürücülərin fevralın 17-də Bakı şəhəri Heydər Əliyev prospektində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin vəzifəli şəxslərinə qarşı keçirdiyi etiraz aksiyası sonradan onlara qarşı təqiblərlə müşayiət olunub. Sürücülərdən iki nəfər – Fəxrəddin Məlikov və Mirələm Məmmədov polisə müqavimət və xuliqanlıq ittihamı ilə inzibati qaydada 30 sutka həbs cəzası alıb, digər sürücü Rəmiş Cəfərovla bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb və barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Daha ətraflı buradan tanış ola bilərsiniz.