SMDT-nin Bələdiyyə seçkiləri öncəsi mövqe sənədi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 23 dekabr 2019-cu ildə Azərbaycanın müstəqillik tarixində beşinci dəfə keçiriləcək bələdiyyə seçkiləri öncəsi hazırlıq prosesini, o cümlədən yerli və beynəlxalq təşkilatların təklifləri, xüsusən də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) seçki müşahidə missiyalarının tövsiyələrinin icra vəziyyəti ilə bağlı dəyərləndirmə aparıb.

Sənəd beynəlxalq hökümətlərarası, seçki və insan hüquqları təşkilatlarının,  həmçinin Avropa Şurası institutlarının, xüsusilə Avropa Şurası Nazirlər Komitəsinin seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı irəli sürdüyü tələblərin icra vəziyyəti ilə əlaqədar son durumu, hazırkı seçki təcrübəsi ilə bağlı məlumatları və faktları əhatə edir.

SMDT hesab edir ki, qüvvədə olan Seçki Məcəlləsinin bəzi müddəaları həm yerli ictimai-siyasi təşkilatlar, həm də Avropa Şurasının Venesiya Komissiyası və ATƏT/DTİHB tərəfindən dəfələrlə tənqid edilsə də, çatışmazlıqları aradan qaldırmaq üçün zəruri islahatlar həyata keçirilməyib. SMDT-nin apardığı araşdırma göstərir ki, seçki komissiyalarının formalaşma strukturu, seçki hüququnun müdafiəsi üçün səmərəli hüquq müdafiə vasitələrinin yaradılması, seçki prosesinə qanunsuz müdaxilə hallarının qarşısının alınması, namizədlərin qeydiyyatı qaydaları və seçici siyahılarındakı ziddiyyətlərin aradan qaldırılması yönündə təkmilləşmələrə ehtiyac var.

Sənədlə buradan ətraflı tanış ola bilərsiniz.