Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində qalib gəlib.

İlkin məlumatlara görə, 95%-dən çox seçki məntəqəsində səslərin hesablanmasından sonra seçicilərin 53,8%-i onu dəstəkləyib. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım seçicilərin 45,3% səsini qazanıb.

Artıq B.Yıldırım Ə.İmamoğlunu təbrik edib.

Beləliklə, son 25 ildə ilk dəfə olaraq İstanbul meri müxalifət təmsilçisi olacaq.

 

TURAN