Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və
ədalətli seçkilərin keçirilməsinə, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafına çalışan
müstəqil, tərəfsiz qeyri-hökumət təşkilatıdır.

SMDT hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi seçicilərin öz iradələrini azad ifadə etməsi baxımından çox əhəmiyyətlidir. Bu həmçinin hazırki siyasi böhran dövründə ölkədə demokratik ənənələrin inkişafına, vətəndaş etimadının artırılmasına və insan hüquqlarına töhvə verə bilər.
SMDT 1 noyabr 2015-cu ildə keçiriləcək Milli Məclisə seçkiləri üzrə 45 UMM vasitəsi ilə 80-
dən artıq seçki dairəsi ərazisində seçki kampaniyası elan ediləndən sonra müşahidə aparıb və hazırkı rəqabətsiz seçki mühütündə və siyasi böhran şəraitində də ciddi qanun pozuntularını qeydə alıb.

Daha ətraflı məlumat üçün əlavə edilmiş hesabatı yükləyə bilərsiz