Azərbaycanda İnsan Hüquqlarının vəziyyətinə dair Fakt-Xülasə – 2019

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda insan hüquqlarının durumuna dair alternativ və açıq mənbələrdən toplanmış məlumatlar əsasında İllik Fakt-Xülasə hazırlayıb.

SMDT Azərbaycanda insan hüquqları və demokratik institutların təbliği yönündə çalışan qeyri-hökumət təşkilatıdır.

2019-cu ildə Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində müsbətə yönəlik ciddi addımlar müşahidə olunmayıb və siyasi iradənin çatışmazlığı əsas səbəblərdən biri olaraq qalıb. SMDT bu il boyunca 1180 fakt üzrə 1679 insan hüquqları pozuntu halı müşahidə edib. Siyasi məhbusların sayı ilin sonlarına doğru keçən illə nisbətdə daha aşağı – 100dən bir az çox olsa da, yalnız bir neçə məhbus azadlığa buraxılıb, il ərzində isə siyasi motivli həbslər davam edib. Sərbəst toplaşmaq və ifadə azadlıqları il ərzində ən çox tapdalanan azadlıqlar arasında öndə gəlib, vətəndaş cəmiyyətinin üzləşdiyi məhdudlaşdırıcı hüquqi-siyasi addımlar aradan götürülməyib, siyasi işlərə çıxan vəkillərə qarşı təzyiqlər səngiməyib. Müstəqil media orqanlarının saytlarına tətbiq olunan qadağalar qüvvədə qalıb. Yalnız ictimai-siyasi fəallara və jurnalistlərə tətbiq olunan səyahət qadağalarında nisbi irəliləyiş müşahidə olunub, bir neçə şəxsin üzərindən müvafiq qadağalar götürülüb, bununla belə yeni şəxslər də qadağadan əziyyət çəkiblər. 2019 ərzində ən çox pozuntu isə ədalətli məhkəmə araşdırması və sosial təminat hüquqları üzrə qeydə alınıb. Bununla belə qeyd etməyə ehtiyac yaranır ki, bəzi hüquq növləri üzrə az sayda pozuntunun qeydə alınması bu hüquqların pozulmadığı və ya çox az pozulduğu mənasına gəlməməlidir.

Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.