SMDT Ermənistan silahlı qüvvələrinin mülki əhali və obyektləri hədəf almasını qınayan bəyanat yayıb

Sentyabr 27-də Azərbaycan Respublikasının Ermənistan hərbi qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlardakı təmas xəttində atəşkəs rejiminin pozulması ilə yeni döyüşlər başlayıb. Qeyd edək ki, 1994-cü ildə imzalanmış atəşkəsdən sonra hazırkı döyüşlər daha uzunmüddətli və intensiv şəkildə davam etməklə yüzlərlə canlı qüvvə itkisinə, mülki əhalinin ziyan çəkməsi ilə müşayiət olunub.

Rəsmi məlumata əsasən son bir ay ərzində Ermənistan ordusuna məxsus hərbi birləşmələr Azərbaycanın 15 rayonunda mülki əhalini və obyektləri hədəf alıb. Ağır artilleriya, raket qurğuları və iriçaplı silahlarla mülki obyektlərin hədəf alması nəticəsində 69 nəfər həlak olub, 322 nəfər yaralanıb, 2338 ev, 92 çox mənzilli bina və 415 mülki obyekt yararsız hala düşüb.

SMDT Ermənistan hərbi birləşmələrinin münaqişə zonasından kənardakı mülki obyektləri hədəfə alınmasını şiddətlə qınayır, bunu döyüşlər zamanı qeyri-hərbi və mülki obyektlərə atəş açılmasının yolverilməzliyi barədə Beynəlxalq Humanitar Hüququn prinsiplərinin kobud pozuntusu sayır. SMDT mütəxəssis rəylərinə istinad edərək təəsüflə qeyd edir ki, mülki obyektlərə və əhalinin sıx yaşadığı ərazilərə beynəlxalq konvensiyalarla qadağan olunmuş kaset sursatından və kifayətedici hədəf dəqiqliyi olmayan ballistik raktetlərdən və silahlardan istifadə edilib.

Daha ətraflı buradan tanış ola bilərsiniz.