Ukraynada deputatlar yeni seçilmiş Prezident Volodymyr Zelenskiy-nin andiçmə mərasimini mayın 20-nə təyin ediblər.
Mayın 16-da 315 deputat bu tarixin lehinə, 2-si əleyhinə səs verib.
Daha öncə Verkhovna Rada Zelenskiy-nin inauqurasiyanı mayın 19-da keçirmək təklifini rədd eləmişdi.
Zelenskiy aprelin 21-də seçkinin ikinci turunda Prezident Petro Poroshenko-nu məğlub edib. O, səslərin 73, opponent isə 25 faizdən də azını yığıb.
Deputatlar bir müddət idi andiçmə mərasiminin müzakirəsini ertələyirdilər.
AZADLIQ RADİOSU