İyunun 23-də yenidən seçkilər keçiriləcək

Türkiyə Mərkəzi Seçki Komitəsi (YSK) İstanbul bələdiyyə seçkilərinin ləğvinə və yenilənməsinə qərar verib. Yen seçkilər 23 iyunda yenidən keçiriləcək.

İstanbulun yeni bələdiyyə rəhbəri olan Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Əkrəm İmamoğluna bələdiyyə rəhbərliyi mandatını şəxsən təqdim edən komitə bir müddət idi ki, İstanbul seçki sonuçlarına edilən etirazlarla bağlı görüşlər təşkil edirdi. Prezident Rəcəp Tayyəp Ərdoğanın rəhbərliyində olan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iddiaları əsasında 39 bölgədən gələn sənədlər araşdırıldıqdan sonra YSK mayın 6-da İstanbul bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsi qərarını alıb.

Komitənin üzvləri AKP-nin etirazını 4 rədd səsinə qarşı 7 səslə qəbul edib. Komitənin qərarını AKP-nin komitədəki təmsilcisi Rəcəp Özəl sosial media hesabından bildirib. Özəl “İstanbul seçkiləri yeniləndi. Xeyirli olsun” – deyə, “Twitter” hesabında qeyd edib.

Türkiyədə komitənin verdiyi qərara etiraz haqqı yoxdur.

 

MEYDAN TV