SMDT yerli iştirakla bağlı soraq kitabçası hazırlayıb

İdarəetmədə vətəndaş iştirakının gücləndirilməsi naminə təşkilatlanmanın vacib elementləri olan hədəf və məqsədlərin, fəaliyyət istiqamətlərinin, missiya bəyannaməsinin, idarəetmə strukturu, fəaliyyət planı və s mövzular soraq kitabçasında yer alıb.

Kitabçanın digər hissəsində yerli idarəetmədə vətəndaş iştirakı üzrə fəaliyyət formaları – informasiya sorğusunun hazırlanması, ərizə, şikayət, təklif, deputata müraciət etmək, imzatoplama kampaniyasının keçirilmə qaydası, birləşmək hüququndan istifadə, könüllülük, ictimai vəkillik kampaniyasının aparılması üsulları, ictimai dinləmələr, hərəkətli və hərəkətsiz aksiyalar, ictimai məlumatlandırma barədə məlumat verilib.

Kitabça ilə daha ətraflı buradan tanış ola bilərsiniz