İyulun 12-də Azərbaycanla Ermənistan arasında Tovuz rayonu ətrafında başlamış döyüşlər nəticəsində hər iki tərəf itkilərlə üzləşib, Azərbaycanın 11 hərbçisi və 1 ədəd Tovuz rayon sakini mülki şəxs həlak olub. Bununla bağlı 14 iyul gecə saatlarında paytaxt Bakı və ətraf ərazilərdən paytaxtın mərkəzinə doğru vətəndaşların yürüşü baş tutub. Yürüş iştirakçıları əsasən Milli Məclis binasının qarşısında və Azadlıq Meydanında cəmləşiblər, dinc aksiyanın əsas şüarları orduya dəstək və hesabatlılıq tələbi ilə bağlıolub.

Ümumilikdə isə, hadisələrin gedişatı bir sıra hüquq pozuntuları ilə xarakterik olub. Vətəndaşların sərbəst toplaşmaq azadlığı pozularaq onlar zorakılıqla yürüş ərazisindən uzaqlaşdırılıblar. Polis əməkdaşları yürüşün sonlarına doğru qeyri-mütənasib gücdən istifadə edib, şəhərin müxtəlif ərazilərində yürüşlə əlaqədar olaraq 70-dən çox şəxsin saxlanıldığı bildirilib. Daxili İşlər Nazirliyi isə rəsmi olaraq açıqlayıb ki, cəmi 7 nəfərlə bağlı Milli Məclisin binasına daxil olduqlarına görə cinayət işi başlanıb.

Press relizin tamamını buradan oxuya bilərsiz