Litvada prezident seçkisinin ikinci turu keçiriləcək.

Mayın 12-də keçirilmiş seçkinin ilkin nəticələrinə görə, tanınmış iqtisadçı, keçmiş maliyyə naziri Gitanas Nauseda digər namizədlərdən daha çox səs toplayıb. Onun səslərin 31,2 faizini yığdığı bildirilir.

Deputat, keçmiş maliyyə naziri Ingrida Simonyte isə 27,2 faiz səs yığıb.

Hazırkı prezident Dali Grybauskaite-ni ali postda əvəzləməyə 9 namizəd iddia edirdi.

Namizədlərdən heç biri 50 faizdən çox səs yığa bilmədiyi üçün mayın 26-da seçkinin ikinci turu olmalıdır.

Grybauskaite 2009-cu ildən prezidentdir. O, 2 dəfədən artıq bu postda qala bilməz.

Rusiyayla həmsərhəd olan Litva həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür.

Grybauskaite Rusiya Prezidenti Vladimir Putini sərt tənqid etməsilə tanınıb.

 

AZADLIQ RADİOSU