Geri Blog Səhifə 23
14 avqust da Sumqayıt şəhərində SMDT-nin “Milli Məclisə seçkilərin keçirilməsi əsasları” mövzusunda vətəndaş forumu keçirilib. SMDT-nin hüquqşunası Azər Qasımov Parlament seçkilərinin keçirilməsinin qanuni əsasları haqda iştirakçıları məlumatlandırıb. Müzakirələr zamanı Müsavat partiyasının Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas  SMDT-nin “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər” haqqında qanun layihəsinin  Parlament tərəfindən qəbul edilməməsinə təəssüfləndiyini bilidirib. Həmçinin 7 noyabr 2010-cu ildə keçiriləcək Parlament seçkiləri öncəsi siyasi...
  Ali Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) Ədliyyə Nazirliyinə qarşı qeydiyyata alınmaqdan imtina ilə bağlı kassasiya şikayətini təmin etməyib. Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirak etmədiyi məhkəmə prosesində hakim Aslan Kalbalıyevin sədrlik etdiyi Məhkəmə Kollegiyası işin yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb. “Ali Məhkəmə SMDT-nin iddiasını təmin etmədi. Bununla əlaqədar olaraq biz birləşmək hüququnun təmin olunması üçün Avropa...
7 avqustda Mingəçevir şəhərində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi “Parlament seçkilərinə hazırlıq” mövzusunda Vətəndaş forumu keçirib. Forumu açan SMDT-nin Mingəçevir bölgə koordinatoru Ehtiram Muradlı  SMDT-nin təsis olunması, fəaliyyəti, məqsəd və missiyası barədə forum iştirakçılarına məlumat verib.  SMDT-nin sədri Anar Məmmədli ilk öncə təşkilatın üstünə düşən vəzifələrdən danışıb və son dövrlərdə siyasi-ictimai mühit haqqında fikirlərini bildirib: “Ölkəmizdə getdikcə QHT-lərin fəaliyyət göstərməsi üçün şərait ağırlaşır....
5 avqust 2010-cu ildə Gəncə şəhərində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi “Parlament seçkilərinə hazırlıq” mövzusunda Vətəndaş forumu keçirib. SMDT-nin Gəncə bölgə koordinator köməkçisi Orxan Məmmədov iştirakçıları salamlayıb və forumu açıq elan edib. SMDT-nin sədri Anar Məmmədli təşkilatın yaranması, inkişaf tarixi və məqsədləri haqqında forum iştirakçılarına məlumat verib. Təşkilat sədri çıxışında həmçinin Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinin əhəmiyyətindən, seçkiqabağı siyasi, hüquqi vəziyyətdən, təşkilat...
İyulun 26-da  Zaqatalada “Seçkilərdə müşahidəçiliyin əhəmiyyəti” mövzusunda Vətəndaş Forumu keçirilib. SMDT-nin hüquqşünası Azər Qasımov tədbir iştirakçılarını müşahidəçilik prinsipləri, qaydaları, hüquq və vəzifələri barədə məlumatlandırıb. Müsavat partiyasının Zaqatala rayon təşkilatının sədri Soltanov Saleh seçkidə müşahidəçiliyin əhəmiyyətini vurğulayaraq, demokratik seçkilərin keçirilməsi üçün hazırlıqlı və prinsipial müşahidəçilərin rolunun yüksək olduğunu bildirib. Əhrar partiyasının Zaqatala rayon təşkilatının sədri Oktay Hacıyev gənclərin seçki prosesinə inamsızlığını və biganəliyini qeyd edib. “Son vaxtlar...
Bü günlərdə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov mediaya açıqlamasında bildirib ki, təbliğat kampaniyası başlayanadək namizədlərin təbliğatı, habelə “Facebook” və digər internet sosial şəbəkələrdə təbliğatın təşkili qanunvericilikdə qadağan edilir. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin  (SMDT) hüquqşünası Azər Qasımov MSK rəsmisinin açıqlamasını ilə bağlı narahatlığını ifadə edərək, bildirib ki, bu cür hallar Seçki Məcəlləsi və digər normativ hüquqi aktlarda öz...

SMDT Bələdiyyə seçkiləri, Yekun Hesabat, 23 dekabr 2009
SMDT yarandığı dövrdən seçkilər, insan hüquqları və demokratiya sahəsində çalışan beynəlxalq dövlətlərarası və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edib. Beynəlxalq təşkilatlardan SMDT əsasən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının tədbirlərində iştirak edərək, Azərbaycanda insan hüquqları demokratik azadlıqların müdafiəsi yönündə əməkdaşlıq edib. Beynəlxalq QHT-lərdən SMDT aşağıdakı təşkilatlarla əməkdaşlıq edir: EPDE ENEMO GNDEM CSF EaP Amnesty NİHF NHC

Strukturu

SMDT-nin İdarə strukturu SMDT-nin idarə olunması ilə bağlı ali orqan təşkilatın Ümumi Yığıncağıdır. Ümumi yığıncaq 2 ildən bir seçilir və SMDT Nizamnaməsinə əsasən təşkilatın İdarə Heyəti və Nəzarət Komissiyası üzvləri, o cümlədən sədrini seçir. Ümumi yığıncaq həmçinin SMDT-nin Strateji Fəaliyyət proqramları, Nizamnaməsinə əlavə və dəyişiklikləri qəbul edir. SMDT İdarə Heyəti 2 ildən bir seçilərək təşkilatın cari fəaliyyətinə rəhbərlik edir. SMDT sədri İdarə...
SMDT öz hədəf və məqsədləri naminə fəaliyyətini aşağıdakı istiqamətlərdə qurur: Seçki prosesinin tərəfsiz və peşəkar monitorinqi Vətəndaşların siyasi hüquqlarının müdafiəsi Seçki təcrübəsinin təkmilləşdirilməsinə yardım Vətəndaşların idarəetmədə iştirak üzrə bacarıqlarının artırılması Seçkili hakimiyyət orqanlarının hesabatlılığının artırılması

ƏN ÇOX OXUNANLAR

QAYNAR XƏBƏR