Gürcüstan MSK-ya 300-dən çox şikayət daxil olub

Ötən gün Gürcüstanda keçirilmiş prezident seçkilərinin ikinci turu ilə bağlı Dairə Seçki Komissiyalarına, ümumilikdə, 307 şikayət daxil olub.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze keçirdiyi brifinqdə bildirib.

O deyib ki, şikayətlərin əksəriyyəri prosedur qaydalarının pozulması ilə əlaqədardır: “Bütün şikayətlər Dairə Seçki Komissiyalarında qanunla müəyyən olunmuş prosedur və qaydalar çərçivəsində nəzərdən keçiriləcək və onlara müvafiq reaksiya veriləcək”.

 

REPORT