Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 9-da ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcək 9 namizədin adlarını açıqlayıb.

Kasım-Jomart Tokayev, Amangeldi Taspixov, Sədibek Tugel, Daniya Yespayeva, Toleutay Raximbekov, Jambıl Axmetbekov, Amirjan Kosanov və Jumatay Əliyev seçkilərdə iştirak etmək üçün sənədlərini MSK-ya təqdim ediblər.

Mərkəzi Seçki Komissiyasına sənədləri təqdim olunan prezidentliyə namizədlər ana dilindən imtahan veriblər.

 

AZƏRTAC