Seçkiləri Monitorinq Təşkilatlarının Avropa Birliyi Rusiyanın Ukraynanın işğalını pisləyir

Avropanın bir neçə ölkəsindən seçki monitorinq təşkilatlarının üzv olduğu Seçki Monitorinq Təşkilatlarının Avropa Birliyi (ENEMO) Rusiyanın Ukraynaya hücumları ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Rusiya tərəfindən Ukrayna torpaqları və xalqını hədəf alan, saxta və qondarma iddialarla başlanan və heç bir əsası olmayan hücum çoxlu sayda insan itkisinə səbəb olub və minlərlə insanı öz ölkələrini tərk edərək qonşu ölkələrdə sığınacaq axtarmağa məcbur edib. Bütün dünya hal-hazırda 10 illiklərdir Rusiyada demokratiya, hüququn aliliyi və seçkilərin bütövlüyünü sarsıdan, vətəndaş cəmiyyəti və siyasi rəqiblərini təzyiq altında saxlayan totalitar prezident Putinin qonşu demokratiyanı məhv etmək cəhdinə şahidlik edir.

ENEMO digər demokratik ölkələrlə birgə ABŞ, AB və ATƏT-ə üzv ölkələri Rusiyanı və Prezident Putini Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək üçün Rusiyaya qarşı daha sərt sanksiyalar təqdim etməyə çağırır.

Tam mətni ilə buradan tanış ola bilərsiz