SMDT 50-dən çox beynəlxalq QHT ilə birgə Ukraynaya dəstək bəyanatına qoşulub

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 50-dən çox beynəlxalq vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə Ukraynaya dəstək bəyanatına qoşulub. Bəyanatda son zamanlarda cərəyan edən ağır hücumlara məruz qalmış Ukrayna xalqı və xüsusən də jurnalistlər ilə həmrəylik ifadə olunur. Ukraynanın azad və müstəqil mediasına qarşı yönəlmiş şiddət və kiber hücumlar və aqressorun tətbiq etdiyi digər alətlərin pisləndiyi bəyanatda Rusiyada hazırki misli görünməmiş şərtlər altında həqiqəti yaymaqdan çəkinməyən müstəqil media orqanlarının fəaliyyətinə müsbət qiymət verilib

Bəyanatının tam mətni ilə buradan tanış olun