SMDT Avropa Şurası Nazirlər Komitəsinin 9.2 Qaydasına uyğun olaraq seçki hüququ pozuntuları ilə bağlı Avropa Məhkəməsi qərarlarının yer aldığı Nemət Əliyev qrupu və Anar Məmmədli işi ilə bağlı AŞ Nazirlər Komitəsinə iki ayrı sənəd göndərib. Nemət Əliyev qrupu ilə bağlı sənəddə SMDT seçki hüquqlarının pozuntusu ilə bağlı Avropa Məhkəməsin qərarlarının hazırki icra vəziyyəti təsvir edilib, qərarların icra edilməsinə mane olan hallar sadalanıb və bu halların aradan qaldırılması üçün tövsiyələr yer alıb. Anar Məmmədli işi ilə bağlı sənəddə isə Avropa Məhkəməsinin Avropa Konvensiyasının 18-ci maddəsinin pozuntusunu tanıyan qərarına baxmayaraq, SMDT sədrinə təyin olunan kompensasiyanın ödənilməməsi, eləcə də əfv sərəncamı ilə azadlığa buraxılsa da, məhkumluğunun hələ də saxlanılması və buna görə bir sıra hüquqlarından məhrum edilməsi təsvir edilir, bu məhdudiyyətlərin ortadan qaldırılması və təyin edilən kompensasiyanın ödənilməsi tövsiyə edilir. Sənədlərin birləşmiş ingiliscə versiyasını buradan yükləyə bilərsiniz.