1 noyabr 2015-ci ildə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə seçkiqabağlı təbliğat-təşviqat mərhələsinə dair İKİNCİ ARALIQ HESABAT

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafına çalışan müstəqil, tərəfsiz qeyri-hökumət təşkilatıdır. SMDT hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi seçicilərin öz iradələrini azad ifadə etməsi baxımından çox əhəmiyyətlidir. Bu həmçinin hazırki siyasi böhran dövründə ölkədə demokratik ənənələrin inkişafına, vətəndaş etimadının artırılmasına və insan hüquqlarına töhvə verə bilər.

SMDT bildirir ki, 1 noyabr 2015-ci ildə keçiriləcək Milli Məclisə seçkilərin seçkiqabağı təbliğattəşviqat mərhələsi vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılması, azad fikrə kütləvi basqılar, təbliğat-təşviqat prosesinin məhdudlaşdırılması, əsas müxalif siyasi qüvvələrin seçki prosesindən çəkilməsi və alternativsizliyin yaranması ilə müşahidə olunması seçkilərin həqiqiliyini şübhə altına salıb. Bu səbəbdən seçki kompaniyası çox zəif qiymətləndirilir.

Daha ətraflı məlumat üçün əlavə edilmiş hesabatı yükləyə bilərsiz.