1 noyabr 2015-ci ildə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə seçkiqabağlı təbliğat-təşviqat mərhələsinə dair ikinci aralıq hesabat

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafına çalışan müstəqil, tərəfsiz qeyri-hökumət təşkilatıdır. SMDT hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi seçicilərin öz iradələrini azad ifadə etməsi baxımından çox əhəmiyyətlidir. Bu həmçinin hazırki siyasi böhran dövründə ölkədə demokratik ənənələrin inkişafına, vətəndaş etimadının artırılmasına və insan hüquqlarına töhvə verə bilər.

SMDT bildirir ki, ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Ofisi ilə yanaşı digər nüfuzlu beynəlxalq institutların və Avropa Birliyinə üzv ölkələrin səfirliklərinin seçki missiyalarını ləğv etmələri seçki prosesinin azad və ədalətli gedişatı ilə şübhələri artırır.

SMDT 1 Noyabr 2015-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərinin uzunmüddətli müşahidəsini 45 uzunmüddətli müşahidəçi ilə əməkdaşlıq çərçivəsində 80 dairədə aparıb. Təşkilat oktyabrın 12-də namizədliyin irəli sürülməsi və qeydiyyatı mərhələsinə dair birinci aralıq hesabatını yayımlayıb.

Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.