ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə şurası Bakıda press-konfrans keçirəcək

ATƏT-in İnsan Hüquqları Bürosunun Səsvermə Prosesini Müşahidə Missiyası (SPMM) tərəfindən 11 aprel tarixində keçiriləcək president seçkiləri ilə bağlı 9 Mart 2018-ci il tarixində press konfrans təşkil ediləcəkdir. Press-konfransda təşkilatın seçkiləri müşahidə prosesində həyata keçirəcək fəaliyyəti barəsində məlumat veriləcəkdir.

ATƏT-in DTİHB SPMM-nin rəhbəri Korin Yonker qurumun seçki prosesində fəaliyyəti və missiyası ilə bağlı məlumat verəcəkdir.

Jurnalistlər və media mənsubları, 9 mart Cümə günü saat 15:00-da, Azadlıq Dairəsi 674 ünvanında yerləşən JW Mariott Bakı Abşeron Otelinin Şərg Zalında keçiriləcək press-konfransa dəvət edilir.

Əlavə məlumat üçün ATƏT DTİHB SPMM -nin media analitiki Yegor Tilpunov ilə +994 556 04 3192 (Baku mobile) nömrəsilə və ya egor.tilpunov@odihr.az electron poçt vasitəsilə əlaqə saxlaya bilərsiniz.

VƏ YA

ATƏT DTİHB SPMM -nin rəsmi sözcüsü/təmsilçisi Thomas Rymer ilə +48 609 522 266 (Warsaw mobile), +994 556 04 1733 (Baku mobile) nömrələri və ya thomas.rymer@odihr.pl. electron poçtu vasitəsilə əlaqə saxlaya bilərsiniz.