Salam,

Ümid edirəm işləriniz qaydasındadır.

Yəqin ki, AB Qonşuları şərq layihəsi və bu layihə tərəfindən həyata keçirilən Gənc Avropa Səfirləri təşəbbüsü barədə məlumatlısınız. 2016-cı ildən icra edilən bu təşəbbüsün əsas məqsədi Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrinin gənc insanları və gənclər təşkilatları arasında əlaqələri qurub inkişaf etdirməkdir.

Gənc Avropa Səfirlərinin seçimi üçün yeni elan verilib və 16-25 yaş arasında olan gənclər müraciət edə bilərlər. Qeyd edilən layihənin icraçıları tərəfindən dünən e-mail daxil olub və onlar Milli Platformada təmsil olunan təşkilatları namizədlərin verilməsində və ya bu elanın yayılmasında fəal iştiraka dəvət edir.

Müraciət aşağıdakı link vasitəsilə edilə bilər, son tarix 12 iyundur

 

https://www.euneighbours.eu/en/east/stay-informed/opportunities/apply-now-become-young-european-ambassador