Geri Blog Səhifə 21
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçki kampaniyasının gedişi ilə bağlı İkinci Aralıq Hesabatı açıqlayıb. 16-26 oktyabr aralığını əhatə edən hesabatda 7 noyabr parlament seçkisinə qatılan namizədlərin, özəlliklə müxalif qeydiyyatından imtina olunması tənqid edilir: “MSK namizədliyin qeydiyyata alınmasından imtina olunması ilə bağlı 224 şikayətə baxıb və onlardan 42-si təmin olunub. Bakı Apellyasiya Məhkəməsi 50-dən çox şikayətə baxıb və onların...
Oktyabrın 25-də, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Demokratik Jurnalistika Mərkəzi (DJM) ilə birgə 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə yerli seçki müşahidəçiliyinin yüksək səviyyədə təşkilinə yardım məqsədilə ATƏT-in Bakı ofisinin texniki dəstəyi ilə “Seçki günü müşahidəçilərin hazırlanması” layihəsinə hazırlıq seminarı keçirib. Siyasi partiyaların və müstəqil namizədlərin seçki qərargahı nümayəndələrinin iştirak etdiyi seminarda tərəfli müşahidəçiliyin əhəmiyyəti,...

SMDT Parlament seçkiləri, Birinci Aralıq Hesabat, 2010
18 oktyabrda, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi üzrə uzunmüddətli müşahidəçiliyin nəticələrinə dair Birinci Aralıq Hesabatı açıqlayıb. 7 noyabr 2010-cu il parlament seçkilərinin ilkin mərhələsi - namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi üzrə SMDT-nin müşahidələri göstərir ki, bu mərhələdə baş vermiş qanun pozuntuları bu prosesin qanuniliyini şübhə altına alır, bununla da parlament seçkilərinin...
Oktyabrın 15-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli 7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək 22 siyasi partiya liderinə müraciət edib. Müraciətdə SMDT-nin hazırkı parlament seçkilərində iştirak edən siyasi partiyalar  və deputatlığa namizədlər üçün Davranış Qaydaları Toplusu hazırladığı bildirilir. Qeyd edək ki, siyasi partiyalar, seçki blokları (onların təsisçiləri) və müstəqil namizədlərə təqdim edilən bu...
“Parlament seçkisinin təbliğat-təşviqat kampaniyasında namizədliyini irəli sürən bütün namizədlərə İctimai Televiziyada pulsuz efir vaxtı veriləcək.”  “Media forum” saytının məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov belə deyib. MSK-nın oktyabrın 15-də keçirilən iclasında məsələ müzakirə olunub. MSK sədri Məzahir Pənahov deyib ki, bu gün axşam İctimai Televiziyada ilk çıxışlar olacaq: “Seçki Məcəlləsinin tələbinə görə, yalnız 60 seçki dairəsindən çox namizədi...
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 7 Noyabr Parlament seçkiləri öncəsi seçicilərin maarifləndirilməsi lahiyəsi çərçivəsində “Siz azad və ədalətli seçkilər üçün nə edə bilərsiz?” və “Azad Seçki Firəvan Həyata Aparan Yoldur!” adlı nəşrləri hazırlayıb. Ümumilikdə, 30000 nüsxədə çap olunan nəşrlərdə seçicilərin hüquqları, müşahidəçilik, seçici siyahıları və seçki şikayətləri barədə məlumatlar öz əksini tapıb. Təşkilat vətəndaşları seçkilərdə iştaraka çağıran bu çap...
Bu gün, imzatoplama kampaniyasının sonuncu günüdür. Qanunvericiliyə uyğun olaraq saat 18:00-a qədər sənədlərini dairə seçki komissiyalarına təqdim etməyən şəxslərin namizədliyi qeydiyyata alınmayacaq. Bundan sonra DSK-lar 7 gün müddətində namizədlərin qeydiyyata alınması barədə qərar qəbul etməlidilər. 15 oktyabrda təşviqat və təbliğat kampaniyası başlayacaq.
Sentyabr 2-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 7 Noyabr 2010-cu il Parlament Seçkiləri Öncəsi Hesabatı təqdim edib. Hesabatda - Parlament seçkiləri barədə ümumi məlumat, Parlament seçkilərinə hazırlıq, Seçici siyahılarının tərtibatı, Seçki dairələrinin dislokasiyalarının yenidən təşkili, Seçicilərin məlumatlandırılması, Seçkiqabağı hüquqi-siyasi mühit, Siyasi proseslər, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər, Söz və mətbuat azadlığı, Birləşmək hüququ, Sərbəst toplaşmaq azadlığı və Seçkiqabağı vəziyyətin monitorinqi üzrə nəticələr və tövsiyyələr öz əksini tapıb. Hesabatla tanış...
Oktyabrın 6-da Milli Məclisin azlıq partiyalarının təmsilçiləri və bitərəf deputatların ümumi toplantısı keçirilib. “Media forum” saytına danışan Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin sözlərinə görə, toplantıda Mərkəzi Seçki Komissiyasının tam formalaşdırılması məsələsi müzakirə olunub: “MSK-nın bir üzvü Milli Məclisin azlıqda olan partiyaları ilə bitərəf deputatlar arasında razılaşdırılmalıdır.” Toplantıda bitərəf deputatların qrup rəhbəri, vitse-spiker Valeh Ələsgərov MSK-ya nümayəndə təqdim etdi....

ƏN ÇOX OXUNANLAR

QAYNAR XƏBƏR