Geri Blog Səhifə 22
Dairə seçki komissiyalarına Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı deputat mandatı uğrunda mübarizəyə hazır olan 1276 namizəd müraciət edib. Onlardan 1213-ü MSK-dan imza vərəqələri götürüb, 327-si isə artıq onları dolduraraq Komissiyaya təqdim edib. Bu barədə çərşənbə günü Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir. Bu günə 88 seçki dairəsi üzrə 149 nəfərin namizədliyi qeydə alınıb. Azərbaycanın Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə nəzərdə tutulub.
28 Sentyabrda, ATƏT-in Demokratik Təssisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) 7 noyabr tarixdə keçiriləcək seçkilər üçün müşahidə missiyasını rəsmən açıq elan edib. Səfir Audrey Glover tərəfindən rəhbərlik edilən missiya Azərbaycan XİN dəvəti əsasında Azərbaycana göndərilib. ATƏT-in bütün iştirakçı dövlətləri öz ölkələrində keçirilən seçkilərə DTİHB-nı dəvət etmək öhdəliyi daşıyırlar. Səfir Glover bildiribI "Missiya, görüşlər və seçkiqabağı aksiyalar keçirmək, həmçinin mediaya bərabərhüquqlu çıxış...
Mərkəzi Seçki Komissiyası Milli Məclisə noyabrın 7-də keçiriləcək seçki ilə bağlı 13 adda plakat çap etdirib. Komissiyanın mətbuat xidməti rəhbəri Azər Sarıyev AzərTAc-a deyib: “Maarifləndirici, səsverməyə çağırış, seçici siyahıları ilə bağlı məlumatlandırıcı xarakterli bu plakatlar dairə seçki komissiyalarına göndərilib.” MSK sözçüsü onu da diqqətə çatdırıb ki, plakatların, seçici siyahılarının, eləcə də deputatlığa namizədlərin təbliğat materiallarının tarixi mədəniyyət abidələrinin üzərinə, muzey...
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Naxçıvan şəhərində  7 noyabr parlament seçkiləri ilə bağlı uzunmüddətli müşahidəçi olmaq istəyən vətəndaşlar üçün təlim keçirib. Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunan təlimdə iştirakçılar uzunmüddətli müşahidəçiliyin aparılması, strukturu, hüquqi bazası, namizədlərin qeydiyyatı, imzatoplama prosesi, seçki komissiyalarının fəaliyyəti barədə məlumatlandırılıb. SMDT indiyədək Bakı, Gəncə, Sumqayıt, Göyçay, Mingəçevir, Beyləqan, Lənkaran, Xaçmaz, Şəki, Sabirabad...
Mərkəzi Seçki Komissiyası noyabrın 7-də keçiriləcək parlament seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə siyasi partiyalara və bloklara ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lərin siyahısını açıqlayıb. Media Forum saytının verdiyi məlumata əsasən, siyasi partiyalar və blokların irəli sürdüyü namizədlər üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetlərində pulsuz efir və dərc yeri...
Dairə seçki komissiyaları ölkə üzrə 125 seçki dairəsinin 124-dən 745 nəfərin namizədliyini təsdiq edib. AzərTac-ın Mərkəzi Seçki Komissiyasına istinad edərək yaydığı məlumatlara əsasən, namizədliyi təsdiq olunmuş şəxslərdən 673-ü imza vərəqəsi alıb və onlardan 19-u doldurulmuş imza vərəqələrini və digər zəruri sənədləri müvafiq DSK-lara təqdim ediblər. “Media Forum” saytının  verdiyi məlumata əsasən 4 nəfər öz namizədliyini geri götürüb. 7 Noyabr 2010-cu ildə keçiriləcək...
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) uzunmüddətli müşahidəçilər üçün təlimləri davam edir. SMDT-nin təlimçiləri 18 Sentyabrda Sabirabad və Sumqayıtda, 20 Sentyabrda Bakıda uzunmüddətli müşahidəçilər üçün təlim keçib. Ümumilikdə 17 nəfərin iştirak etdiyi təlimlərdə uzunmüddətli müşahidəçiliyin aparılması, strukturu, hüquqi bazası və seçki komissiyalarının fəaliyyəti barədə məlumat verilib. 7 Sentyabr - seçki kampaniyasına rəsmən start verildiyi tarixdən etibarən SMDT Bakı, Gəncə, Lənkəran,...
Sentyabrın 18-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında partiyanın 7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədləri təsdiq olunub. Azadlıq radiosunun verdiyi məlumata əsasən, YAP-ın namizədlər siyahısında 114 nəfərin - 24 qadın və 90 kişi namizədlərin adı yer alıb.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) seçki kampaniyası elan edildiyi gündən etibarən uzunmüddətli müşahidəçilər üçün təlimlərə başlayıb. 9-14 sentyabrda, SMDT-nin təlimçiləri Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Beyləqan, Göyçay, Xaçmaz və Şəki rayonlarında 57 müşahidəçi üçün təlim keçib. Təlimlərdə uzunmüddətli müşahidəçiliyin aparılması, strukturu, hüquqi bazası və seçki komissiyalarının fəaliyyəti barədə məlumat verilib. SMDT Bakı və Sumqayıt şəhərlərində daha 23 uzunmüddətli müşahidəçiyə təlim...
Sentyabrın 6-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) texniki dəstəyi ilə hazırlanan “Azad Seçkilər” mahnısı üzərində tamamlama işləri sona çatıb. Mahnının sözləri Günel Mövluda, musiqisi isə Firudin Allahverdiyə məxsusdur. SMDT bu mahnının hazırlanmasında iştirak edən hər kəsə təşəkkürünü bildirir! Mahnını aşağıdakı bağlantıdan yükləyə bilərsiniz: Azad Seçkilər  mp3

ƏN ÇOX OXUNANLAR

QAYNAR XƏBƏR