SMDT Lənkəranda vətəndaş iştirakı ilə bağlı növbəti forum keçirib

Sentyabrın 29 – da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində Lənkəranda növbəti Vətəndaş Forumu keçirib. Forumda yerli QHT, KİV nümayəndələri, gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər.

Forum zamanı SMDT tərəfindən respublika üzrə keçirilmiş “Azərbaycanda Seçici Baxışlari İctimai Rəy Sorğusunun Nəticələrinin” təqdimatı və müzakirəsi təşkil edilib. Sahibkarlıqla məşğul olan Sahib Muradov sahibkarlıq üçün imkanların olmaması məsələsi ilə bağlı sorğuda qeyd olunan rəqəmlərə münasibətini bildirib. O deyib ki,  əslində bu problem 42% əvəzinə, hətta daha da çoxdur.

Forum zamanı həmçinin yerli problemlərin həlli istiqamətində yaradılması nəzərdə tutulan yerli icmaların strukturu və fəaliyyəti barədə müzakirələr aparılıb. Mövzu çərçivəsində yaradılacaq yerli icmaların məqsədi, icmalar üçün qanunvericilikdə nəzərdə tutulan imkanlar,  icmaların görə biləcəyi işlər haqqında  məlumat verilib. Sonda Lənkəranda 6 nəfərin təmsil olunması ilə yerli icma yaradılıb.

 

SMDT Media və İctimaiyyətlə Əlaqələr Departamenti