Ukraynada prezident postuna namizəd Vladimir Zelinski seçkilərin ikinci turunda 73,22 faiz səslə qələbə qazanıb, ölkənin hazırkı Prezidenti Petr Poroşenkonu isə seçicilərin 24,45 faizi dəstəkləyib.

Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qurumun məlumatına əsasən, elektron protokolların 100 faizi hesablanıb və bülletenlərin 2,31 faizi etibarsız sayılıb.

Bu seçkiləri Ukrayna tarixində presedent adlandırmaq olar: indiyədək seçkilərdə heç bir prezident vətəndaşların bu dərəcədə dəstəyini qazanmayıb.

 

AZƏRTAC