Siyasi partiyaların MSK-ya illik maliyyə hesabatı vermə müddəti başa çatır

Gələn həftə – aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.

Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən 55 siyasi partiyadan indiyədək 21-i MSK-ya maliyyə hesabatı verib.

Bunlar hakim Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, “Birlik” Partiyası, Azərbaycan Liberal Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kommunist Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası, “Ədalət” Partiyası, “Milli Vəhdət” Partiyası, Böyük Azərbaycan Partiyasıdır.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Report