SMDT “Siz azad və ədalətli seçkilər üçün nə edə bilərsiz?” və “Azad Seçki Firəvan Həyata Aparan Yoldur!” adlı nəşrləri hazırlayıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 7 Noyabr Parlament seçkiləri öncəsi seçicilərin maarifləndirilməsi lahiyəsi çərçivəsində “Siz azad və ədalətli seçkilər üçün nə edə bilərsiz?” və “Azad Seçki Firəvan Həyata Aparan Yoldur!” adlı nəşrləri hazırlayıb.

Ümumilikdə, 30000 nüsxədə çap olunan nəşrlərdə seçicilərin hüquqları, müşahidəçilik, seçici siyahıları və seçki şikayətləri barədə məlumatlar öz əksini tapıb.

Təşkilat vətəndaşları seçkilərdə iştaraka çağıran bu çap materiallarını 12 regionda onunla əməkdaşlıq edən yerli vətəndaş qrupları və könüllülər vasitəsilə 125 dairənin seçiciləri arasında paylamağı planlaşdırır.