Vahid siyasi məhbus siyahısı üzrə İşçi Qrupun yenilənmiş növbəti siyahısı təqdim edilib

Siyahıda 108 nəfərin adı var

PRESS-RELİZ,

10 iyun 2020-ci il

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti siyahısını təqdim edir. Sənəd 10 iyun 2020-ci ilədək olan dövrü əhatə edir[1].

Əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 108 nəfərin həbsinin siyasi motivli olduğu qənaətinə gələrək onları siyasi məhbus kimi tanıyıb.

Siyasi məhbus kimi tanınmış 108 nəfər aşağıdakı qaydada təsnifləşdirilib:

4-ü jurnalist və blogerlər (Araz Quliyev, Elçin İsmayıllı, Ziya Əsədli, Polad Aslanov),

12-si siyasi və ictimai fəallar (Fuad Əhmədli, Orxan Baxışlı, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Umudov, Tofiq Yaqublu, Zamin Salayev, Qorxmaz Əliyev, Aqil Hümmətov, Niyaməddin Əhmədov, Səid Məmmədzadə[1]),

43-ü inanclı fəallar (Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Taleh Bağırzadə, Fərhad Balayev, Cabbar Cabbarov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibala Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağaəli Yəhyayev, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, Seyfəddin Şirvanov, İsa İbrahimov, Elxan İsgəndərov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Mehman Quliyev, Mehman Məmmədov, Faiq Allahverdiyev, Məhəmmədəli Axundzadə, Əhsən Nuruzadə, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Abgül Süleymanov, Firudin Zeynalov),

3-ü ömürlük həbs olunma cəzasına məhkum olunmuşlar (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),

1-i siyasi girov (Emin Saqiyev),

3-ü Səid Dadaşbəyli və onunla birgə tutulanlar (Səid Dadaşbəyli, Ceyhun Əliyev, Cahangir Kərimov).

42-i Gəncə işi ilə bağlı tutulanlar (Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, Samir İbrahimov, Xəyal Qafarov, Əli Rzayev, Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov, Vaqif Əşrəfov, Elvin Allahverdiyev, Elvin Nəzərov, Renat Məmmədov, Vüqar Xudiyev, Elman Rüstəmov, Yavər İsmayılzadə, Zabil Məmmədov, Qənbər Qarazadə, Alim Yusifov, Bəkrəm Əliyev, Həbib Qurbanov, Mirzə Hüseynov, Asif Cavadov, Oktay Hüseynzadə, Ürfan Məmmədov, Rauf Bayramov, Elşən Məmmədov, Abbas Abbasov, Sabir Əzizov, Riyad Nurizadə, Eyruz Hacıyev, Səbuhi Rəcəbov, Elman Quliyev, Aqşin Əsgərov).

Hesabat dövründə azadlığa buraxılanlar

İşçi Qrupun 25 noyabr 2019-cu ildə təqdim etdiyi sonuncu hesabatdan sonra Siyahıda adları olan 11 nəfərin adı siyahıdan çıxarılıb. Onlardan 4-ü (Əfqan Muxtarlı, İsa Məhərrəmzadə, Aydın Rüstəmov, Hüseyn Bayramov) məhkəmə qərarı ilə, 4(Cabir Əzizov, Fikrət Mirzəliyev, Gülmirzə Nurzadə, Sərdar Babayev)  cəza müddəti bitdiyi üçün, 2-i (Fəramiz Abbasov, Eldar Bünyatov) əfv sərəncamı ilə azadlığa buraxılıb. 1 nəfərin (Mirfeyzulla Seyidov) ev dustaqlığının şərtləri yumşaldıldığı üçün adı Siyahıdan çıxarılıb.

Hesabat dövründə siyasi məhbus kimi tanınanlar

İşci Qrupun 25 noyabr 2019-cu il tarixli sonuncu hesabatından sonra 7 nəfər (Tofiq Yaqublu, Zamin Salayev, Qorxmaz Əliyev, Aqil Hümmətov, Niyaməddin Əhmədov, Səid Məmmədzadə, Firudin Zeynalov) siyasi məhbus kimi tanınaraq Siyahıya əlavə edilib.

İşçi Qrup sosial şəbəkələrdə tənqidi çıxışlarından sonra psixiatrik xəstəxanaya yerləşdirilmiş müxalifət fəalı Aqil Hümmətovun adını (Siyahıda 11-ci olan) Siyahıya əlavə etməyə qərar verib. Qrup o mövqedən çıxış edir ki, baxışlarına görə şəxs cəmiyyətdən təcrid edilirsə, vəkili ilə görüşünə maneələr yaradılırsa, digər şəxslərlə ünsiyyət hüququ məhdudaşdırılırsa, saxlandığı yeri tərk etmək imkanı əlindən alınırsa,  belə bir təcrid azadlıqdan məhrumetməyə bərabər olduğu üçün o da siyasi məhbus sayılmalıdır.

AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməsi  

 30 yanvar 2020-ci ildə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanmış “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyasında qəbul edilib. Qətnamədə AŞPA-nın irəli sürdüyü kriteriyalara əsasən siyasi məhbus hesab edilən şəxslərin azadlığa buraxılması, həbslərində siyasi motiv olması ehtimal edilən şəxslərin işlərinin ədalətli və tərəfsiz məhkəmə tərəfindən müntəzəm olaraq baxılması, inzibati həbslər də daxil olmaqla siyasi motivli həbslərin təkrarlanmaması üçün məhkəmə, prokurorluq, polis və məhkəmə-hüquq sistemindəki problemlərə tutarlı şəkildə müdaxilə edilməsi, Avropa Məhkəməsi qərarlarının Azərbaycan Höküməti tərəfindən icra edilməsi Azərbaycan hökümətinə tövsiyə edilib.

Pandemiya dövründə insan hüquqlarının pozulması halları

 İQ təəssüf hissi vurğulayır ki, Azərbaycan hökümətinin pandemiya ilə əlqəli mürəkkəb durumdan siyasi opponentlərini əzmək üçün vasitə kimi istifadə etməsi göz qabağındadır. Ölkə başçısının Novruz bayramı ilə bağlı 19 mart tarixli çıxışında siyasi opponentlərini “5-ci kolon” adlandıraraq, pandemiya ilə əlaqədar fövqəladə vəziyyət elan olunacağı halda müxalifətin təcrid ediləcəyinin tarixi zərurət olacağını bildirib. Bu açıqlamadan sonra müxalifətə qarşı təqiblər intensivləşib: 22 martda media müsahibəsində dövlət başçısının çıxışını tənqid edən  Müsavat partiyasnının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu açıqlamasından bir gün sonra saxta ittihamlarla həbs edilərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib; AXCP sədri Əli Kərimli uzun müddət internet blokadasında və digər məhdudiyyətlərlə üz-üzə qalıb, bu partiyanın fəalları kütləvi həbsi ediliblər, onlardan 5-i barədə cinayət işi başlanılıb; Nida Vətəndaş Hərəkatının üzvü, keçmiş siyasi məhbus İlkin Rüstəmzadə aztəminatlı və banklara borcu olan vətəndaşlara  güzəştlərin edilməsi tələbi ilə bağlı petisiyanı dayandırması üçün şantaj olunub, imtina etdikdə özü və ailə üzvü barədə qaralama kampaniyasına start verilib.

Pandemiya ilə əlaqədar 17 mart 2020-ci ildə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi dəyişdirilərək epidemiya əleyhinə rejimin və karantin rejiminin pozulması ilə bağlı müddəalar əlavə edilib. Ancaq müşahidələr göstərir ki, yenilənmiş maddə həm də siyasi müxalifətə qarşı təqib vasitəsi kimi istifadə olunur. Dəyişiklikdən sonra onlarla ictimai-siyasi fəal və jurnalist karantin rejiminin qaydalarını pozduğu bəhanəsi ilə İXM-nin 211 və 535-ci (polisə müqavimət) maddələri ilə inzibati şəkildə həbs edilib. Onların çoxu  polis idarələrində, döyülüb, işgəncələrə məruz qalıblar.

İQ bu siyasətin davamı kimi, iyunun 7-də Yasamala rayonunda yaşayış ərazilərindən birində polislə vətəndaşlar arasında yaranmış insidentin ertəsi günü çox sayda polislərin cəlb edilməsi ilə mənzillərə basqın edilməsi, ailə üzvlərinin və digər çoxsaylı insanların gözü qarşısında aşırı güc tətbiq etməklə, ləyaqəti alçaldan formada davranmaqla 11 nəfərin tutulmasını, bütün bunların polislərin özləri tərəfindən vidroya çəkilərək yayılmasını, tutulanlara polis idarələrində işgəncə verilməsini qətiyyətlə pisləyir və zorakılıqbarədə göstəriş verən, onun iştirakçısı olan bütün şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsini tələb edir.

İQ Azərbaycan hakimiyyətini yaranmış qlobal pandemik böhrandan istifadə edərək insan haqlarına basqıları gücləndirmək, opponentlərinin ağzını yummaq, dinc etirazları zorakılıqla yatırmaq siyasətinə son qoymağa çağırır.

 Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının

hazırlanması üzrə İşçi Qrup

[1] Adları qara şriftlə gedənlər Siyahıya yeni əlavə edilənlərdir.