Könüllü Seçki Müşahidəçiləri üçün Davranış Qaydaları

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin

Könüllü Seçki Müşahidəçiləri üçün Davranış Qaydaları

Sənədi

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzi (SMDT) 2001-ci ildən başlayaraq, Azərbaycanda keçirilən 16 seçkini (bələdiyyə, parlament və prezident) və 3 referendumu müşahidə edib.

SMDT seçkilərin montorinqini 2005-ci ildən etibarən bütün mərhələlər üzrə uzunmüddətli qaydada Tərəfsiz Seçki Müşahidəçiliyi üzrə Qlobal Prinsiplərə dair Bəyannamə əsasında təşkil edir.

SMDT ilə könüllü şəkildə əməkdaşlıq edən ölkə vətəndaşları seçki müşahidəçiliyi üzrə aşağıdakı prinsiplərə riayət etməlidir:

  • Qərəzsizlik
  • Siyasi tərəfsizlik
  • Çeviklik
  • Cavabdehlik
  • Dəqiqlik
  • Peşəkarlıq

SMDT ilə Seçki günü əməkdaşlıq edən müşahidəçilərin aşağıdakı növ fəaliyyətə cəlb olunması yol verilməzdir:  

  • Məntəqə Seçki Komissiyasının üzvlərinə qarşı inamsızlıq yaratmaq;
  • Seçki prosesinə mane olmaq, səsvermə, səslərin sayılması və hesablanmasının qanuni qaydalarına müdaxilə etmək;
  • Hər hansı namizəd və ya siyasi partiyanın qalibiyyəti və məğlubiyyəti üçün təbliğata qoşulmaq;
  • Hər hansı namizədə və ya partiyaya aid materialları üzərində daşımaq və ya nümayiş etdirmək;
  • Hər hansı seçiciyə səsvermə zamanı təsir göstərmək;
  • Seçicilərdən səs verəcəkləri və ya səs verdikləri namizədi soruşmaq;
  • Seçkilərin nəticələri ilə bağlı rəyini mediada və ictimai şəkildə bildirmək;
  • Spirtli içkilər və yaxud narkotik maddələrdən istifadə;

Tərəfsiz və müstəqil müşahidəçilər üçün SMDT aşağıdakılara əməl etməyi tövsiyə edir:

  • Seçki komissiyasının üzvləri, namizədlərin nümayəndələri və digər seçki iştirakçıları ilə söhbət, müzakirə və mübahisə zamanı nəzakətli olmaq, peşəkar şəkildə davranmaq;
  • Müşahidə zamanı sənədləşdirilmiş və həqiqi faktlara əsaslanmaq;
  • Seçki komisisyası binasına daxil olarkən seçki komissiyası tərəfindən verilmiş xüsusi lövhəcik və şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək;
  • Müşahidə olunan hər hansı qanun pozuntusu barədə seçki komissiyasına təklif və ya iradla çıxış edə bilərlər. Əgər onların təklif və ya iradı nəzərə alınmazsa, buna görə seçki komissyiası üzvləri ilə mübahisə etməmək;
  • Əldə olunmuş məxfi və ya anonim məlumatlar diqqətlə araşdırılmalı və dəlillər ciddi səciyyə daşıdıqda təqdim olunmalıdır;

Müşahidəçilər unutmamalıdır ki, onlar seçki məntəqəsində mübahisə və ya qalmaqal yaratmaq üçün deyil, seçki prosesini izləmək üçün fəaliyyət göstərirlər!